Ru
12:00 / 26 İyun 2017

VHP müsəlmanları təbrik etdi - MƏTN

766

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı və VHP Siyasi Şurası Ramazan bayramı münasibətilə xalqımıza, o cümlədən bütün müsəlman dünyasına təbrik ünvanlayıb: Təbrikdə deyilir:

"Əziz bacı və qardaşlar!


Sizi dünya müsəlmanlarının mübarək Ramazan bayramı münasibətilə səmimi qəlbdən təbrik edirik.


Müqəddəs kitabımız "Qurani-Kərim”in nazil edildiyi Ramazan ayı islam dininin mənəviyyatı möhkəmləndirmək, müsəlmanlar arasında dini-mənəvi birlik duyğusunu gücləndirmək, ilahi hikmətlərdən daha da faydalanmaq işinə xidmət edən ən mübarək aylarından biridir. Ramazan ayının sınaqlarından ləyaqətlə çıxmış hər bir müsəlman bu gün böyük qürur və fərəh hissi ilə bayram edir. Bütün müsəlmanları və xalqımızı Müqəddəs Ramazan ayının başlanması münasibətilə təbrik edirik!


Bu müqəddəs ayın millətimizə, islam dünyasına, insanlığa xeyir gətirməsini, işğal altında olan torpaqlarımızın azad olmasını, xalqın azad, demokratik bir cəmiyyətdə xoşbəxt, firavan və əmin-amanlıq içərisində yaşamasını arzulayırıq. Qardaşlığın, sevginin, barışın doğulduğu bu ayda, bütün insanlar bir-biri ilə daha mehriban, qardaşlıq və dostluq içində olmalı, cəmiyyəti narahat edən problemlərin həllinə birgə səy göstərməlidir. Xalqımızın bu gün də Qarabağ, Şimala -Cənuba parçalanma kimi tezliklə həllini gözləyən ciddi problemləri vardır. Bu problemlərin həlli yenə bizim birliyimizdən, bütövlüyümüzdən, həmrəyliyimizdən, öz dini və milli-mənəvi ənənələrimizə sədaqətdən keçir.


Bir daha hər bir müsəlmanın əziz bayramı olan Ramazan bayramı münasibətilə bütün mömin qardaş və bacıları təbrik edir, uca Tanrıdan dualarınız, arzu və niyyətlərinizin qəbul olmasını diləyirəm! Allah orucunuzu qəbul eləsin!”

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər