Ru
16:23 / 16 Mart 2018

Vətəni belə təbliğ edərlər

2294
Azərbaycan Respublikasının Qazaxıstandakı Səfirliyi bu gün, bütün azərbaycanlıların doğma evinə, ümid yerinə çevrilib. Bu səfirlikdə çalışan əməkdaşlarımızınn hər biri üçün öncə Vətəndir.


2016-cı ildən sonra Qazaxıstan və Azərbaycan arasında güclənən qaraşılıqlı əməkdaşlıq münasibətləri, ən gözəl nəticəlrini verməkdədir. İstər siyasi, istər, diplomatiya, istərsə də diplomatik səviyyədə olan anlaşmalardan, hər iki qardaş dövlət qazanır. Bu səbəbdəndir ki, qardaş ölkədəki vətəndaşlarımız və həmvətənlərimiz də ölkənin ictimai-siyasi həyatına daha yaxından qatılırlar. Azərbaycn Qazaxıstanın əsil strateji partnyoruna çevrilib. 


Bu gün sosial şəbəkədə gördüyüm bir şəkil bu fikirləri yazmağıma səbəb oldu. 


Qazaxıstan Dövlət Hüquq Universitetinin birinci kurs tələbələri yazıblar ki, bu il martın 6-da Azərbaycan səfirliyində, Azərbaycan elçisi Rəşad Eynəddin oğlu Məmmədovun "Azərbaycan və Qazaxıstan arasındakı əməkdaşlıq haqqında” adlı məruzəsini dinləyiblər. Onlar həm səfirliklə yaxından tanış olub, həm də iki ölkə arasındakı iqtisadi və siyasi sahədəki əməkdaşlığın inkişafı haqqında suallarına cavab alıblar.


Bu, Azərbaycan diplomatiyasının təntənəsidir. Bu Azərbaycan diplomatiyasında bir ilkdir. Azərbaycanın böyük elçisi Rəşad Məmmədov həm də hüquq elmləri doktorudur. O, Qazaxıstanın təhsil ocaqlarında tyez-tez tələblər qarşısında çıxış edir, dünya və Azərbaycan diplomatiyası barədə məruzələr yayır. Vətəni belə təbliğ edərlər. 


Bu nümunə Azərbaycan prezidenti İlham Əliyevin tutduğu yolun davamıdır. Prezidentə, Vətənə belə sadiq olmaq lazımdır!


Aida Eyvazlı
Vətəni belə təbliğ edərlər
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər