Ru
22:41 / 19 Yanvar 2017

Vətəndaşlıqdan çıxarma, imtina və onun bilinməyən bir çox detalları

68475
Kimlər Azərbaycan vətəndaşlığını itirə bilər? 


Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Qanunda dəyişiklik edilməsi ilə bağlı qanunu təsdiq edib.


Sənədə əsasən, qanunun 14-cü maddəsinin ikinci hissəsinə "icazə" sözündən sonra "və ya qaçqın statusu" sözləri əlavə edilib.


Dəyişikliyə əsasən, əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan ərazisində daimi yaşama müddəti ona qanunvericiliklə müəyyən edilmiş qaydada daimi yaşamaq üçün icazə və ya qaçqın statusu verildiyi gündən hesablanır.


Prezident İlham Əliyevin "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" qanunda dəyişiklik edilməsi barədə" 2016-cı il 24 iyun tarixli qanunun tətbiqi haqqında imzaladığı sərəncamla Nazirlər Kabinetinə Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası prezidentinin aktlarının "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" qanunda dəyişiklik edilməsi barədə" qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini 3 ay müddətində hazırlamaq, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını 3 ay müddətində təmin etmək, habelə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə 5 ay müddətində Azərbaycan Prezidentinə məlumat vermək tapşırılıb.


Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" qanunda dəyişiklik edilməsi barədə" qanuna uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.


BU SƏNƏDLƏR YOXDURSA, VƏTƏNDAŞLIQDAN ÇIXMAQ OLMAZ 


Amma bununla paralel, Azərbaycan Respublikasının vətəndaşlığından çıxma ilə bağlı məqam da ilgincdir. Yəni, tez-tez sosial şəbəkədə, mediada "vətəndaşlıqdan imtina edəcəm” deyə anons verənlərin hansı ardıcıllığı tətbiq etməsi də sual doğurur. Ümumiyyətlə, Azərbaycan Respublikasının vətəndaşlığından çıxma şəxsin vəsatəti üzrə həyata keçirilir. Amma bəzi hallarda bu vəsatət rədd də edilə bilər. Azərbaycan Respublikasının vətəndaşlığından çıxmaq barəsində vəsatət qaldıran şəxsin dövlət qarşısında icra edilməmiş öhdəlikləri və ya Azərbaycan Respublikasında hüquqi və fiziki şəxslərin mənafeləri ilə bağlı olan əmlak öhdəlikləri varsa, vətəndaşlıqdan çıxmaq haqqında vəsatəti tərəfindən rədd edilə bilər. Bundan başqa, bu şəxs müttəhim kimi cinayət məsuliyyətinə cəlb edilmişsə, yaxud onun barəsində qanuni qüvvəyə minmiş və icra edilməli olan məhkəmə hökmü varsa və ya şəxsin Azərbaycan Respublikası vətəndaşlığından çıxması Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi mənafelərinə ziddirsə, həmin hallar aradan qalxana qədər vətəndaşlıqdan çıxmağa yol verilmir.


Azərbaycan Respublikasının vətəndaşlığından çıxma üçün tələb olunan sənədləri də bu məqamda yaddan çıxarmaq olmaz. Onların siyahısına diqqət edək: 


Azərbaycan Respublikası Prezidentinin adına yazılmış Ərizə-anket


4 ədəd 3x4 ölçüdə fotoşəkil;


yaşayış yerindən ailə tərkibi haqqında arayış; dövlət qarşısında icra edilməmiş öhdəliklərinin olmaması və ya Azərbaycan Respublikasında hüquqi və fiziki şəxslərin mənafeləri ilə bağlı olan əmlak öhdəliklərinin olmaması barədə müvafiq sənədlər;


Hərbi biletin surəti;


dövlət rüsumunun ödənilməsi barədə sənəd;


şəxsiyyəti təsdiq edən sənədin surəti;


VƏTƏNDAŞLIQDAN ÇIXIRSANSA 400 DOLLAR ÖDƏMƏLİSƏN 


Məsələnin ən ilginc tərəflərindən biri də vətəndaşlıqdan çıxmaq barədə vəsatət qaldıran şəxsin ödəyəcəyi məbləğdir. Belə ki, bu şəxs "Dövlət rüsumu” haqqında Azərbaycan Respublikasının 2001-ci il 4 dekabr tarixli, 223-IIQ nömrəli Qanununun 16.2.2-ci maddəsinə əsasən, 400 (dörd yüz) ABŞ dolları məbləğində dövlət rüsumunu "money order" şəklində ödəyir. Bu rüsum Səfirliyin adına yazılmalıdır: "Pay to the order of: Embassy of Azerbaijan".

Əgər kimsə vətəndaşlıqdan çıxmaq istəyirsə, onun müraciətinə bir neçə orqan baxır. Bunlar da aşağıdakılardır: 


Azərbaycan Respublikasının ərazisində yaşayan vətəndaşlar – Dövlət Miqrasiya Xidmətinə;

xarici dövlətlərdə yaşayan vətəndaşlar isə - Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinə və ya konsulluqlarına.


Azərbaycan Respublikası vətəndaşlığından çıxma barədə Azərbaycan Respublikasının xaricdə olan diplomatik nümayəndəliklərinə və konsulluqlarına daxil olmuş sənədlər Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə göndərilir.


Azərbaycan Respublikası vətəndaşlığına xitam verilməsi haqqında qərar Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 20-ci bəndinə müvafiq surətdə Azərbaycan Respublikası Prezidenti tərəfindən qəbul olunur.


Belə ki, Azərbaycan Respublikasının aidiyyəti dövlət orqanlarının əsaslandırılmış rəylərinə baxılaraq Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyanın qəbul etdiyi qərar əsasında Azərbaycan Respublikasının Prezidenti tərəfindən şəxsin vətəndaşlığına xitam verilməsi barəsində müvafiq sərəncam verilir.


Vətəndaşlıq məsələləri üzrə qəbul olunan qərarların icrası üzərində nəzarəti Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı həyata keçirir.


MÜRACİƏTƏ 6 AY ƏRZİNDƏ BAXILIR 


Müraciətə baxılma müddətini də yaddan çıxarmayaq. Yuxarıda sadalanan sənədlər fiziki şəxslər tərəfindən əlaqədar dövlət orqanına təqdim ediləndən sonra ərizə-anket icraata qəbul edilmiş sayılır və baxılma müddəti həmin vaxtdan başlayır. Vətəndaşlıqla bağlı qaldırılmış vəsatətlərə əlaqədar dövlət orqanlarının hər biri tərəfindən 1 ay (ümumilikdə 6 ay) müddətində baxılır.


Azərbaycan Respublikası vətəndaşlığından çıxma ilə bağlı verilmiş müraciətlərə baxılmasının nəticələri barəsində vəsatət qaldıran şəxslərə Dövlət Miqrasiya Xidməti və ya Xarici İşlər Nazirliyi tərəfindən yazılı məlumat verilir.


Eyni zamanda, Daxili İşlər Nazirliyi və Xarici İşlər Nazirliyi vətəndaşlığı təsdiq edən sənədləri verən orqanları (vəzifəli şəxsləri) müvafiq tədbirlər görülməsi üçün xəbərdar edir.


YENİ QANUN, YENİ ŞƏRTLƏR... VƏ REALLIQLAR 


"Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanuna dəyişiklik edilİB. Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi ilə bağlı 18-ci maddəyə yeni əlavələr (3-1, 3-2) edilib. Layihəyə görə, terrorda iştirak, konstitusiya quruluşunun zorla dəyişdirilməsi hərəkətlərinin həyata keçirilməsi də vətəndaşlığın itirilməsi ilə nəticələnəcək.


"Yeni Müsavat” isə xatırladır ki, 2014-cü ilin mayında da bu məsələ Milli Məclisin iclasında müzakirə edilmişdi. Həmin vaxt təklif olunan dəyişikliklərdə qeyd olunmuşdu ki, digər dövlətin vətəndaşlığını qəbul edən, xarici ölkənin dövlət və ya bələdiyyə orqanlarında, yaxud silahlı qüvvələrində xidmət edən, dövlət təhlükəsizliyinə ciddi zərər vuran davranışa yol verən şəxslər Azərbaycan vətəndaşlığından məhrum oluna bilər. 


Hüquqşünaslar isə bildirir ki, bu məsələ hələ 2010-cu ildə də müzakirəyə çıxarılmışdı. "Azərbaycan vətəndaşlığı haqqında” Qanunun 18-ci maddəsinə "Azərbaycan vətəndaşlığının itirilməsi” ilə bağlı dəyişiklik edildi. Həmin maddəyə əsasən, vətəndaşlığın itirilməsi haqqında 1961-ci il 30 avqust tarixli konvensiyanın müddəaları nəzərə alınmaqla aşağıdakılar Azərbaycan respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilirdi: 


Azərbaycan Respublikası vətəndaşının digər ölkə vətəndaşlığını könüllü əldə etməsi; 


Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin dövlət və ya bələdiyyə orqanlarında, silahlı qüvvələrində könüllü xidmət etməsi; 


Azərbaycan Respublikası vətəndaşının dövlətin təhlükəsizliyinə ciddi zərər vuran davranışı;

Azərbaycan Respublikası vətəndaşlığı əldə edən şəxsin vətəndaşlığa qəbul olunmaq üçün zəruri olan məlumatı qəsdən saxtalaşdırması və ya qəsdən saxta sənəd qəbul etməsi. 


Əvvəllər ancaq sonuncu hal vətəndaşlığın itirilməsi üçün əsas kimi qəbul olunmuşdu. Amma son versiyada daha 3 hal da buna əlavə olunub. 


"Azərbaycan vətəndaşlığı haqqında” Qanunun 18-ci maddəsinin 2-ci bəndi aşağıdakı kimi idi: "Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi məsələsi bu qanunun 17-ci maddəsinin 2-ci və 3-cü hissəsində göstərilən məhdudiyyətlər nəzərə alınmaqla həll edilir. İndi isə 30 sentyabr 2015-ci il tarixdə həmin qanunun 18-ci maddəsinin ikinci hissəsinə belə dəyişiklik oldu: Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi məsələsi bu qanunun 17-ci maddəsinin 2-ci və 3-cü hissəsində göstərilən məhdudiyyətlər nəzərə alınmaqla məhkəmə yolu ilə həll edilir.


Bu günə qədər Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) sədri Emin Hüseynov, habelə Ələkrəm Hümmətov Azərbaycan vətəndaşlığından çıxarılıb. Ölkəmizdə bununla bağlı çoxlu sayda örnəklər yoxdur. Amma bu gün qəbul olunacaq qanunla sözügedən nümunələrin sayının artacağı da istisna deyil. 

 

Musavat.com
Şərhlər
  • Fexreddin

    Salam qardas.size 3 sualim var.(qardas menim 144 kv evimin kvadratidi.men 44kv dan imtina etmek huququm var.)eger varsa huququm imtina etdikden sonra notariata getdikden sonra kupca tezelenir?.2 ci sualim ise ev almisam sonradan bilmisem ki menim evim satan adamin kupcasinda qeyd olunub.evde bitisikdi.1ci satan adam bitisik oldugu bir kupcaya yigdirib senedi.3 sualim bir kupcada 2 adama mexsus evin kvadrati gisterile biler

  • Əliyev yusif

    Ağdaş

  • Budaqov emin

    Salam menim evim Cox pis qezali veziyetedi bütün orqanlara muracet edirem deyiler bizdiy deyil ev başımıza ucsa olum olsa glkim cavab verecey deyiler dovlet baxmir 0552030063

  • Zamin Şirinov

    +994508912694 +994507235762

  • Zamin Şirinov

    Men ve Heyatyoldasim iki azyasli uşaqlarim azerbaycan yasayar bilmirem.Azerbaycan hokumeti dovleti xalqina komek etmiler

  • Zamin Şirinov

    Men Azerbaycan Respublikasi ölke de hökümət de dövlet de imtina edirem yasamaq istemirem

  • Sevinc Mesimova

    Salam.Azerbaycanda adina mulk olan sexs eger xaricde ailelidirse ve hemen olkenin vetendasligini almaq isteyirse Azerbaycandaki mulkun hali ne yerde qalacaq ve 2 ci sualim budur Azerbaycan vetendasligindan aile baglarini xaricde yeni yasadigi olkede mohkemlendirmek namine vetendasilgdan imtina edirse STATUS ne adlanir ?yeni mulkiyyeti itirilir yoxsa?

  • Romik babayev

    Mən rus vətəndaşıyam .doqulduqum yer rusiya.indi öyrənmişəm ki mənim həm də azərb.vətəndaşlıqım var.miqrasiya ölkədən cıxmaqıma məhdudiyyət qoyub.şəxsiyyət vəsiqəsi al deyir.mən də istəmirəm.az.pasportu almadan vətəndaşlıqdan imtona etmək olurmu.,?

  • İbrahim Məmmədov

    salam mən ayləvi şəkildə bu ölkəni tərk eləmək istəyirəm siravi bir vətəndaşam.Bununla bagli hara müraciyət etməliyəm.Kimsə bilirsə xahiş edirəm başa salsin

  • Aliyev Turan

    Vətəndaşlıqdan çıxmaq lazım dör sasəcə ölkədən çıxıb getəmiyin yolu lazımdı viza pulu zad ora bura həll edib gedib başqa ölkədə olaraq vətəndaşlıqdan çıxmq olarr.ama belə çıxsaz siz dövlət tərəfindən cinayət işi açılacaqdır.buna heçkim cerrət etməsin kasıb vaxtuvuzda cəza çəkəcəksiz

  • Ismalov rahim

    Azərbaycan vetandaslidan cerimedenlerden bezmisam imtina

  • Tural babayev

    Azerbaycan vetendasligindan imtina etmiwemse ve basqa olkenin vetendasligi yoxdursa Azerbaycana gelmek olar ?

  • Cəfərov mirelem

    Mən 250 manat əmək haqqı yazılıb ondan 14 manat dövlət tutur 180 manatda almente tutulur 5 manatda yataqxanaya verirəm 56 manatla həm yeməliyəm həm getməliyəm həmdə kamunal verməliyəm mən bu cür yaşayışla zülmətdən haxsiz qanunu olan yerdə yaşamaq istəmirəm xaiş edirəm məni vətəndaşlıqdan cixarasiniz

  • Abdullayev Samir

    Rusiyada yawayan rusiya vetendasi olmus sexsin Azerbaycan vetendasliginnan cixdigini nece bilmek olar?

  • Tunar Babayev

    Salam .Babayev Anar Nazim oglu atqaz verib amma cagrilmiyib hele

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər