Ru
11:27 / 14 İyul 2018

Vəhabilər Rauf Arifoğlunu TƏHDİD EDİR

2459
"Vəhabilər "Facebook"da da İŞİD-lik edirlər: anti-İslam və anti-insan sürüsü məni təhdid edir!”.


BakuPost xəbər verir ki, bu sözləri tanınmış jurnalist, "Yeni Musavat" qəzetinin baş redaktoru və sahibi Rauf Arifoğlu özünün feysbuk səhifəsində yazıb. 

 

O bildirib ki, sosial şəbəkədə ismarıc bölümündə çoxsaylı təhdidlər alır:


"Ölkəmizin ən böyük problemlərindən biri də günü – gündən rişələnən vəhabi bəlasıdır. Bunlar dünyanın hər yerində problemdir. Azərbaycanın da bugününü və gələcəyini təhdid edirlər.


Hazırda İŞİD tərəfindən facebookda mənim əleyhimə təhdid kampaniyası gedir. İnboxuma da çoxsaylı təhdidlər gəlir.


Budur, bunların mahiyyəti. Budur bunların adamlığı.


Səbəb? RealTV -də demişəm ki, Gəncədəki dostlarımın məlumatına görə, hadisə günü meydanın ətrafındakı iaşə obyektlərində qısa şalvarlılar da görüblər…


İndiyə qədər qanlı Gəncə terrorunda Rusiya, İran, Avropa, İrəvan izləri barədə danışdım, yazdım. İndi də əminəm ki, çeşidli ölkələrə bağlı olan bir neçə radikal -terrorçi hörgütlər, hərə öz marağı çərçivəsində Gəncədə qan tökülməsində iştirakçıdır.


Cəmi bir cümlə də mahiyyətləri terror olan bu yaramazlar barədə Gəncə mənbələrindən alınan versiyanı səsləndirdim.


Üstümə təhdid və terror yağdırırlar. Kimsə bunlar kimi tərbiyəsiz və qaba reaksiya vermədi, verməz də.


Bunların mənim vətənimdə yaşamaları belə haramdı. Bunlar İslam adına ləkə və utancdı. Məhz vəhabi zehniyyətindən doğan İŞİD terror hörgütü sayəsində İslam bütün dünya boyunca hədəfə alındı. Özləri Qərbin qucağında, müsəlman dünyasını qana çalxadılar, özləri anti – islam və anti -insan! Amma dönüb bizi suçlayır, təhdid edir, hədələyirlər.


Dövləti, onun müvafiq orqanlarını vəzifəyə çağırıram.


Bu terror əsgərlərini, bu İslam ümməti adına ləkə olan ünsürləri rədd etmək lazımdır, Azərbaycandan!”
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər