Ru
10:34 / 29 Avqust 2017

- Naxçıvanda bu kitablar mütləq oxunmalıdır/ SİYAHI Vasif Talıbovdan ilginc qərar

3014
Naxçıvanda oxunması zəruri olan kitabların siyahısı müəyyənləşdirilib.

 

BakuPost.az-ın APA-ya istinadən məlumatına görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov bununla bağlı müvafiq sərəncam imzalayıb.

 

Sərəncama əsasən gənc nəsildə vətənpərvərliyin, tarixə, milli kökə bağlılığın və dünyagörüşün formalaşdırılmasına xidmət edən "Oxunması zəruri olan kitabların siyahısı” təsdiq edilib. Buna uyğun olaraq təhsil və mədəniyyət müəssisələrinin kitabxanalarında müvafiq kitab guşələri yaradılmalıdır.

 

Siyahıya 30 kitab daxil edilib:

 

1. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Yeni 2001-ci il, Yeni əsr və Üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti

 2. "Kitabi-Dədə Qorqud” dastanı

 3. "Atalar sözü” (Azərbaycan xalq ədəbiyyatı)

 4. Nizami Gəncəvi. "Sirlər xəzinəsi”. Poema

 5. "Nizaminin hikmət və nəsihətləri”

 6. Nəsirəddin Tusi. "Əxlaqi-Nasiri”

 7. Məhəmməd Tağı Sidqi. "Məktəb hekayələri”

 8. Hüseyn Cavid. "Azər”. Poema

 9. Cəlil Məmmədquluzadə. "Hekayələr”

10. Məmməd Səid Ordubadi. "Qılınc və qələm”. Roman

 11. Qurban Səid. "Əli və Nino”. Roman

 12. Məmmədhüseyn Şəhriyar. "Heydərbabaya salam”.Poema

 13. "Təmsillər” (uşaq ədəbiyyatı)

 14. ABŞ-ın 16-cı prezidenti Avraam Linkolnun oğlunun müəlliminə məktubu

 15. Faruk Sumer. "Oğuzlar”

 16. Rəşidəddin Fəzlullah. "Oğuznamə”

 17. Yusif Balasaqunlu. "Qutatqu bilik”

 18. Teodor Drayzer. "Dahi”. Roman

 19. Cek London. "Həyat eşqi”. Hekayə

 20. Ernest Heminquey. "Qoca və dəniz”. Povest

 21. Nikolo Makiavelli. "Hökmdar”

 22. Gi de Mopassan. "Gombul”

 23. Antuan de Sent-Ekzüperi. "Balaca şahzadə”

 24. Nikolay Ostrovski. "Polad necə bərkidi”. Bioqrafik roman

 25. Moris Meterlink. "Arıların həyatı” və "Göy Quş” əsərləri

 26. "Mister Hemferin xatirələri”. (İngilis casusunun etirafları)

 27. Seyid Əzim Şirvani. "Seçilmiş əsərləri”. (Təmsillər)

 28. "İslamda müdrik kəlamlar”

 29. Sədi Şirazi. "Gülüstan”

 30. Eynəli bəy Sultanov. "Məqalələr”
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər