Ru
09:47 / 21 Sentyabr 2017

Valideynlər direktora görə aksiyaya başladı - VİDEO/FOTO

1052
Bakı Məktəb Lisey Kompleksinin (200 və 43 saylı məktəb) valideynləri yenidən aksiya keçirir.


BakuPost.az lent.az-a istinadən xəbər verir ki, iki gundur davam edən aksiyaya səbəb məktəbin direktoru Qafar Hüseynovun işdən uzaqlaşdırılmasıdır.


Valideynlərin bildirdiyinə görə, məktəbə direktorun əvəzedicisi göndərilib: "Validenlərin əsas tələbi məktəbdə 4 aydır davam edən komissiyaya, xaotik vəziyyətə son qoyulması, normal təhsil mühitinin bərpa olunması və Qafar Hüseynovun yenidən öz işinin başına dönməsidir. Əks halda valideynlər övladlarını bu məktəbdən çıxaracaqlar". 


Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətinin rəhbəri Bəşarət Məmmədov isə Lent.az-a bildirib ki, dünən də İdarənin nümayəndələri etirazçılarla görüşüb söhbət aparıblar: "Onlara bildirildi ki, məktəbin rəhbərliyi hazırda fəaliyyətdədir, işdən çıxarılmayıb, sadəcə bülletendədir. Bu məsələ niyə belə şişirdilir və təşkil olunur, anlamıram. Əslində bu etirazların özü məktəbdə tədrisə mane olan prosesdir. Kimlərində dərsə mane olması özü düz deyil. Bu günkü və dünənki əməllə isə etirazçılar ancaq buna nail olmağa çalışırlar".


B. Məmmədov qeyd edib ki, hazırda da BŞTİ-nin nümayəndələri məktəbdədirlər: "Məktəbdə tədris prosesi normal qaydada davam edir". 




 

Valideynlər direktora görə aksiyaya başladı -  VİDEO/FOTO
Valideynlər direktora görə aksiyaya başladı -  VİDEO/FOTO
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər