Ru
14:49 / 21 Fevral 2017

“İnsan öz işini seçəndə ona vicdanla yanaşmalıdır” - Birinci vitse-prezident

887

"Ölkəmizin və xalqımızın maraqlarını hər şeydən üstün tutacağam, Azərbaycana layiqincə xidmət etməyə çalışacağam".


BakiPost.az xəbər verir ki, bu fikri Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva fevralın 21-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclasında bildirib.


Ona göstərdiyi yüksək etimada görə Azərbaycan Prezidentinə dərin minnətdarlığını bildirən Birinci vitse-prezident deyib:


"Fəaliyyətim haqqında dediyiniz sözlər və verdiyiniz qiymətə görə təşəkkür edirəm. Belə bir qiymətə layiq olmaq böyük şərəfdir. Sadaladığınız hər bir uğurumun arxasında sizin dəstəyiniz durur. Keçmiş illər ərzində sizin dövlətçilik ideyalarınız, vətənpərvərliyiniz, Azərbaycan dövlətinin maraqlarını sədaqətlə, iradə ilə qorumağınız, insanlarla birliyiniz mənim və mənimlə çalışan bütün insanlar üçün nümunə idi. Fəxr edirik ki, ölkəmizdə baş verən müsbət inkişafda, Azərbaycanın beynəlxalq arenada nüfuzunun artmasına kiçik də olsa töhfə verməyi bacarmışıq. 


Vəzifəsindən asılı olmayaraq, insan öz işini seçəndə ona vicdanla yanaşmalıdır. Söz və işlərində birgə olmalıdır.


Əmin edirəm ki, ölkəmiz və xalqımızın marağını hər şeydən üstün tutacam”.

 

 


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər