Ru
22:56 / 24 Aprel 2017

Uşaqlarda piylənmənin qarşısını necə almaq olar? - Yuxu, yemək...

2253
ABŞ-ın Ohayo ştatının alimləri 2000-2002-ci il təvəllüdlü 11 min uşağı gündəlik rejimini təhlil ediblər.

 

BakiPost.az Modern.az-a istinadən xəbər verir ki, bunun əsasında alimlər gündəlik rejimin düzgün bölgüsünün uşaqlarda piylənmənin qarşısını aldığını müəyyən ediblər.

 

Müəyyən olunub ki, yuxu, yemək rejiminə düzgün riayət edən, telıevizor qarşısında 30 dəqiqədən az vaxt keçirən uşaqlar piylənmədən daha az əziyyət çəkib və emosiyalarına hakim ola biliblər. Emosiyalarını idarə eə bilməyən uşaqların isə daha çox artıq çəkidən əziyyət çəkənlər arasında olduğu aydınlaşıb.

 

Uşaq yaşlarında hər gen eyni vaxtda yatmayan uşaqlar 11 yaşları olarkən daha artıq çəkiyə malik olublar. Emosional problemli uşaqlar da 11 yaşında piylənmədən daha çox əziyyət çəkib.

 

Bununla da, gündəlik fəaliyyət rejiminin artıq çəki və emosional problemlər məsələsində müəyyən rol oynadığı dəqiqləşib.

 

Bakı Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər