Ru
21:38 / 24 İyun 2018

Uşaq bağçalarına nəzarət gücləndirilir - Fərdi videomüşahidə yaradıla bilər

2421
Bakı şəhərinin uşaq bağçalarında valideynlər üçün fərdi videomüşahidə sistemi yaradıla bilər.


BakuPost xəbər verir ki, bu barədə Trend-ə "Mimobile"ın idarə heyətinin üzvü (Xiaomi məhsulunun Azərbaycanda rəsmi distributoru) Cümşüd Əliyev bildirib.


Onun sözlərinə görə, hazırda bu servis sınaq mərhələsindədir və servisin sınağının uğurlu olacağından asılı olaraq paytaxtın uşaq bağçalarına təklif olunacaq: "Söhbət uşaq bağçasında 360 dərəcəli kameraların quraşdırılmasından gedir ki, bu da hər bir valideynə smartfon vasitəsilə istənilən vaxt uşağının nə ilə məşğu olduğunu görmək imkanı yaradır. Uşaqla sistem vasitəsi ilə ünsiyyətdə qurmaq mümkün olacaq".


C.Əliyev qeyd edib ki, layihə üzrə hazırlıq işləri sentyabr ayına qədər aparılacaq və layihə irimiqyaslı xarakter daşıdığı zaman mobil operatorlara təklif ediləcək: "Valideynlər kameralara xüsusi IOS və Android distributivlər vasitəsilə əldə edə biləcəklər. Kameraların bağçalarda quraşdırılması ödənişlə həyata keçiriləcək. Valideynləri isə onlardan ödənişsiz olaraq istifadə edə biləcəklər. Bundan başqa, ödəniş məlumatların saxlanılması tələb olunduğu halda istənilə bilər".
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər