Ru
23:20 / 21 Avqust 2017

Unun içindən qurd çıxdı - VİDEO

855
Cəlilabad rayon sakini Hafis Quluyev ötən gün rayondakı dükanlardan birindən 10 kq-lıq un alıb.


 

BakuPost.az "Xəzər Xəbər”ə istinadən xəbər verir ki, evdə un kisəsi açıldıqdan sonra isə unun içindən müxtəlif həşərat və qurdlar çıxıb.


Un kisəsinin üzərində məhsulun istehsal tarixi və saxlanma müddəti göstərilməyib.


Məhsulu istehsal edən şərkət isə ittihamla razılaşmayıb.


Ekspertlər bildirir ki, belə vəziyyətlərdə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət edilməlidir. Unun içindən qurdların çıxması faktı təsdiqlənərsə istehsalçı şirkəti 1500 manata qədər cərimə gözləyir.

 

 


BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər