Ru
11:48 / 07 Dekabr 2016

Ukrayna nömrəli avtomobillə ağır qəza törətdi - Polis işə baxmır.../ FOTOLAR

2826

Binəqədi rayonunda Ukrayna dövlət nömrə nişanlı "Mercedes”in
sürücüsü qəza törədərək hadisə yerindən qaçıb.

Bu barədə BakiPost.az-a qəza nəticəsində yaralanmış
Zeynal Sahibov məlumat verib. Onun sözlərinə görə, qəza zamanı "Mercedes”in
vurduğu digər avtomobildə olub: "Hadisə bu ilin noyabrın 19-da baş verib. Mən
Bakıdakı məşhur restoranlardan birində işləyirəm. İşdən evə getmək üçün 189
taksi xidmətindən maşın sifariş etdim. Gecə saat 03:00 radələrində "Kia”
markalı 99 FX 414 dövlət nömrə nişanlı avtomobil məni aparmaq üçün restorana gəldi.
Taksi Binəqədi rayonu, Biləcəri qəsəbəsi Asəf Zeynallı 24 küçəsində evimin
qarşısında saxladığı zaman qəza baş verdi. Belə ki, Ukraynaya məxsus "Mercedes”
markalı avtomobil taksini mən oturduğum tərəfdən deyil, digər yandan vurdu. Qəza
zamanı mən də, taksi sürücüsü də xəsarət aldıq. Amma daha çox mən zədə almışam.
Hətta hadisə baş verdikdən sonra huşumu itirmişəm. Taksi şoferi Anar Məmmədovun
çağırdığı təcili tibbi yardım ilə 1 saylı Şəhər Kliniki Xəstəxanasına
aparılmışam”.

Zərərçəkən qeyd edib ki, o, xəstəxanaya aparıldıqdan
sonra qəza törədən Nural adlı şəxs hadisə yerindən qaçıb:
"Həmin şəxs qəza törədən
zaman içkili olub. Mən xəstəxanaya aparılandan sonra o, telefon nömrəsini
sürücüyə verib hadisə yerindən qaçıb. Taksi sürücüsü Anar Məmmədov onunla əlaqə
saxlayanda, məlum olub ki, bizə səhv nömrə verib. Polis də həmin şəxsi hadisə
baş verəndən 3 gün sonra tapıb. Onlar da onun içkili olduğunu bilib”.

Z. Sahibov Binəqədi rayon Polis İdarəsinin sözügedən
məsələyə etinasız yanaşmasından şikayətçidir:
"Həmin şəxsin günahkar olduğunu
bildiyi halda polis bu işə baxmır, sürücü və xəsarət alanla maraqlanmır. Həm mənə,
həm də taksi sürücüsünə maddi ziyan dəyib. Amma qəza törədən şəxs məsuliyyətə cəlb
olunmur. Hadisə yerinə də heç kim gəlib, baş çəkməyib”.


Məsələylə bağlı Binəqədi Rayon Polis İdarəsinin müstəntiqi
mayor Şükür Həsənov BakiPost.az-a bildirib ki, iş icraatdadır: "Əgər biz hadisə
ilə maraqlanmırıqsa, onda niyə işi icraata göndərmişik? Deyilənlər düzgün
deyil. Hazırda onların işi Binəqədi rayonu üzrə icraatdadır. Ümumiyyətlə, bu
hadisə araşdırılır. Günahı olan şəxs məsuliyyətə cəlb olunacaq”.

Bakı Post


Ukrayna nömrəli avtomobillə ağır qəza törətdi -  Polis işə baxmır.../ FOTOLAR
Ukrayna nömrəli avtomobillə ağır qəza törətdi -  Polis işə baxmır.../ FOTOLAR
Ukrayna nömrəli avtomobillə ağır qəza törətdi -  Polis işə baxmır.../ FOTOLAR
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər