Ru
17:30 / 18 Avqust 2017

Ukrayna azərbaycanlılarından Saakaşviliyə dəstək: "Sərhəddə qarşılayacağıq"

1001

Ukrayna azərbaycanlıları Ukraynaya qayıtmaq niyyətində olan Mixeil Saakaşvilini gül-çiçəklə qarşılayacaq.


BakuPost.az-ın məlumata görə, bu barədə "Facebook" səhifəsidə "Ukrayna azərbaycanlıların birləşmiş diasporu” ümumukrayna ictimai təşkilatının sədri Hikmət Cavadov deyib.


Sədrin sözlərinə görə, Ukrayna azərbaycanlıların bir qismi sentyabrın 10-da "Krakovets” keçid məntəqəsinə gedib, Odessa vilayətinin sabiq qubernatoru Mixeil Saakaşvilini qarşılayacaq.


"Mən və bizim bir neçə üzvümüz sentyabrın 10-da sərhəddə Saakaşvilni qarşılayacağıq.”


Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixeil Saakaşvili sentyabrın 10-da Polşa ərazisindən keçərək Ukraynaya qayıdacağını bəyan edib.


"Mən Polşadan Ukraynaya sentyabrın 10-da Krakovets keçid məntəqəsindən qayıdıram”, - deyə çərşənbə günü "Facebook"da canlı yayımda M.Saakaşvili bildirib. O, Ukrayna hakimiyyət orqanlarına müraciət edərək, onun qayıdışı ilə bağlı "sirk qurmamaq” və "torpağı qazmamağa”  çağırıb. 
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər