Ru
14:29 / 26 May 2017

UEFA-dan “Zirə”yə müjdə

688
Avropa Liqasının I təsnifat mərhələsində iştirakı dəqiqləşən komandaların sayı artıb.

 

Apasport.az saytının məlumatına görə, buna səbəb dünən baş tutan oyunlardı.


Bəzi Avropa ölkələrində kubok, bəzilərində isə çempionat matçlarının keçirilməsi qitənin ikinci dərəcəli klub turnirinə vəsiqələr baxımından əhəmiyyətli olub. Bütün bunlar Azərbaycanın avrokuboklardakı təmsilçilərindən biri olan "Zirə”yə də təsir edib.


Belə ki, indiyədək I təsnifat mərhələsinin püşkatması zamanı hansı səbətdə yer alacağı bilinməyən bakılılar artıq yerini tanıyıb. 

Qəsəbə təmsilçisi səpələnmişlər sırasında yer alacaq. Qitə kuboklarının debütantı olan Ayxan Abbasovun yetirmələri buna 3,550 xala bərabər reytinqlə nail olub.


Düzdü, "Zirə” avrokubokda oynamadığı üçün öz əmsalı yoxdu. Ona görə də debütant Azərbaycanın reytinqinin 20 faizini təşkil edən 3,550 ilə kifayətlənib. Bu xal isə səpələnmişlərdən biri olmaq üçün yetərlidi.


Təmsilçimizin bu səbətdə qərarlaşması zirəlilərə zəif rəqiblər vəd edir. Bu da paytaxt təmsilçisinə mərhələ adlamaq məsuliyyətini artırır.

 

BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər