Türkiyədən Almaniyaya ETİRAZ NOTASI

1515
Türkiyə hökuməti Berlində məscid və Türk mədəniyyət mərkəzinin yandırılması ilə əlaqədar Almaniyaya etiraz notası göndərib.

BakuPost Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyə hökumətinin sözçüsü Bəkir Bozdağ məlumat verib.

"Almaniya hökumətini Türkiyə vətəndaşlarının təhlükəsizliyinə diqqətlə yanaşmağa çağırırıq”, - deyə B.Bozdağ qeyd edib. O həmçinin cinayətkarları məsuliyyətə cəlb etməyə çağırıb. 

Hadisə ilə əlaqədar Almaniyanın Ankaradakı səfiri Martin Erdmann bu gün Türkiyə XİN-ə çağırılıb.

Qeyd edək ki, insident martın 11-də Berlinin Raynikkendorf rayonunda qeydə alınıb.
ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər