Ru
12:44 / 20 Yanvar 2017

Türkiyədə xanım deputatlar saçyoldusuna çıxdı - FOTO/ VİDEO

2469

Türkiyə Böyük Millət Məclisində növbəti dəfə dava
düşüb.

BakiPost.az Türkiyə mətbuatına istindən xəbər verir
ki, məclisdə referendumla bağlı keçirilən iclas zamanı xanım deputatlar əlbəyaxa
dava salıblar.


Dava Ankaradan müstəqil deputat seçilən Aylin
Nazlıakanın qolunu qandal vasitəsi ilə tribunanın mikrofonuna bağlamasından
sonra baş verib.

Xanım deputat parlament sədrinin belə çağrışlarına əhəmiyyət
verməyərək kürsüdən enməyib. Spiker Bahçekapılı vəziyyəti sakitləşdirmək üçün əvvəlcə
iclasa 10 dəqiqə, daha sonra isə 45 dəqiqə fasilə verib. Amma Nazliaka
konstitusiya dəyişikliyinə etirazını davam etdirib.


Aylin Nazlıakaya HDP və CHP millət vəkillərdən də dəstək
gəlib. Nazliakanın kürsüdən enmədiyini görən AKP-li xanım deputatlar onun ətrafına
toplaşıb və onu aşağı düşürməyə çalışıblar. Aylin Nazliaka kürsüdən endiriləcəyini
görən zaman qışqırmağa başlayıb.


Xeyli müddət davam edən mübahisə davaya çevrilib. Hətta
xanım millət vəkilləri bir-birlərinin saçını yolub. Dava zamanı iki xanım
deputat yaralanıb.

Sevinc Yasinqızı

Bakı Post

 


Türkiyədə xanım deputatlar saçyoldusuna çıxdı -  FOTO/ VİDEO
Türkiyədə xanım deputatlar saçyoldusuna çıxdı -  FOTO/ VİDEO
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər