Ru
12:29 / 20 Oktyabr 2018

Türkiyədə məşhur müğənni cinsiyyətini dəyişdirdi - FOTO

3921
Türkiyədə bir zamanlar məşhur müğənnilərdən olan, "Ellər qədir, qiymət bilmir, ana” musiqisinin ilk ifaçısı Hakan Aslan cinsiyyətini dəyişdirib.


BakuPost xəbər verir ki, müğənni cinsiyyət dəyişdirmə əməliyyatına 10 il əvvəl Taylandda gizli şəkildə girib. İllərdir, sənət camiəsindən uzaq olan Hakan Aslan əməliyyatdan sonra adını Eylem Erener qoyub. 


10 il sonra Facebook üzərindən sənətçi həmkarı Onur Akaya mesaj yazıb və ona müsahibə verib.


80-ci illərdə böyük reklam kampaniyası ilə məşhurlaşan Hakan Aslan bu dəfə Eylem Erener olaraq Onur Akaya müsahibə verib və cinsiyyətini dəyişdirməsindən danışıb. 


"Özümü rahat və sağlam hiss etdiyim üçün bu əməliyyatı etdim. Bu həyatı heç nəyə dəyişmərəm. İzmir və İstanbulda yaşayıram. Ətafımdakı hər kəs bu əməliyyatı keçirdiyimi bilir. Dinləyicilərimdən tanıyanlar da olur. Srvgi və sayğıyla qarşılayırlar. Heç kimdən neqativ söz eşitməmişəm. Ailəm də pis yanaşmır”, - deyə müğənni əlavə edib.




Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər