Ru
19:27 / 24 Aprel 2018

Türkiyədə Cümhuriyyət Konfransları keçirilir - FOTOLAR

3496
Azərbaycan Cümhuriyyətinin 100-cü il dönümü müxtəlif ölkələrdə qeyd olunmaqdadır.


BakuPost İnterpress.az-a istinadən xəbər verir ki, Azəri-Türk Qadınlar Birliyi Yeni Çağ Media Qrupu ilə birlikdə Türkiyənin müxtəlif şəhərlərində Cümhuriyyət Konfranslarına start verib.


Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilən Cümhuriyyət Konfranslarının ilki Aydın şəhərinin Nazilli rayonunda baş tutub.


Nazilli Bələdiyyəsinin Teatr Salonunda gerçəkləşən konfransda "Azərbaycan-Türkiyə əlaqələri”nə həsr olunub. Türküaz Qadınlar Dərnəyinin ev sahibliyi və Türk Eğitim-Senin dəstəyi ilə gerçəkləşən konfransa Nazilli bələdiyyə başqanı Haluk Alıcık və şəhər rəhbərliyi, ictimai-siyasi xadimlər qatılıblar.


TQD başqanı Fatma Ergünün açılış çıxışından sonra məruzəçilər tribunaya çıxdılar.


Daha sonra Adnan Menderes Universitetinin professoru, dossent Ahmet Aksoy çıxış edərək Azərbaycan tarixi ilə bağlı tədbir iştirakçılarına məlumat verib, 1918-ci il hadisələrini də incə təfərrüatına qədər danışıb.


İkinci çıxışçı Yeni Çağ Media Qrupunun rəhbəri Aqil Ələsgər isə Anadolu ilə Azərbaycan xalqı arasındakı qardaşlıq münasibətinin son illərdə iqtidarlar səviyyəsində də özünü göstərdiyini bildirərək, iki dövlət arasındakı yüksək strateji qardaşlıqdan bəhs edib.


"Bəlkə deyəcəksiniz ki, bu qədər Nuru Paşanı çox istəyirsiniz, niyə bir abidəsi yoxdur? Bilin ki, hər bir Azərbaycan türkünün qəlbində Nuru Paşanın heykəli ucalıb”, deyə, Aqil Ələsgər Çanaqqala və Bakı döyüşlərindəki qardaş yardımlarından bəhs edib.


Konfransın baş məruzəçisi ATQB başqanı Tənzilə Rüstəmxanlı Türkiyə ilə Azərbaycanın tək ürək olduğunu vurğulayaraq, qardaş ölkələr arasında işbirliyinin daha da dərinləşməsinə diqqət çəkib.


Uzun illər sonra yenidən Nazillidəki qardaşları ilə görüşmənin sevincini yaşadığını bildirən T.Rüstəmxanlı "Azərbaycan Türkiyənin olmadığı bütün platformalarda həm də sizi təmsil edir. İki güclü dövlət olaraq, Türkiyə ilə Azərbaycan qardaşlığı bütün dünyaya nümunə təşkil edir” deyə vurğulayıb.


Daha sonra Nazilli bələdiyyə başqanı Haluk Alıcık məruzəçilərə Türküaz Qadınlar Dərnəyinin təşəkkürnamələrini təqdim edib.


Qeyd edək ki, Cümhuriyyət konfransları aprel ayının 29-a qədər davam edəcək.


Türkiyədə Cümhuriyyət Konfransları keçirilir - FOTOLAR

Türkiyədə Cümhuriyyət Konfransları keçirilir - FOTOLAR

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər