Ru
12:24 / 22 Avqust 2017

Türkiyə yığmasının sabiq futbolçusu həbs edildi

905
Türkiyə yığmasının sabiq qapıçısı Ömər Çatkıç həbs edilib.


"Report”un "Haber7”yə istinadən verdiyi məlumata görə, barəsində araşdırma aparılan 43 yaşlı veteran futbolçunun Fətullahçı Terror Təşkilatının (FETÖ) "ByLock” kömpüter proqramının istifadəçisi olduğu müəyyənləşib.


O, İstanbul Polis İdarəsinə gətirilib və evində axtarış aparılıb.


Qeyd edək ki, Ömər Çatkıç 2000 - 2005-ci illərdə Türkiyə yığmasının heyətində 19 oyun keçirib. O, karyerası ərzində vətənində "Eskişehirspor”, "Qaziantepspor”, "Gənclərbirliyi”, "Bursaspor” və "Antalyaspor”un formasını geyinib. Hazırda o, telekanallardan birində şərhçidir.

 

BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər