Ru
22:31 / 22 Mart 2018

Türkiyə yasdadır: 1 gündə 4 şəhid, 4 yaralı

2599
Suriyanın Afrin şəhərində antiterror reydləri zamanı əl qumbarası partlayıb.


BakuPost-un məlumatına görə, Türkiyənin baş naziri Binəli Yıldırım deyib ki, partlayış nəticəsində 3 nəfər türk əsgəri şəhid olub, daha 3 əsgər yaralanıb.


Yaralılar yaxınlıqdakı xəstəxanaya çatdırılıb.

 


Bundan əlavə ordunun Bitlis əyalətində PKK terroçularına qarşı apardığı döyüşlər zamanı da 1 əsgər şəhid olub, daha 1-i isə yaralanıb. Yaralı əsgər xəstəxanaya yerləşdirilib.


Qeyd edək ki, martın 18-də Türkiyə Silahlı Qüvvələri Afrin şəhərini PYD və YPG terrorçularından azad edib.


Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər