Ru
18:36 / 19 Yanvar 2017

Türkiyə səfirliyindən 20 Yanvar faciəsi ilə bağlı - Bəyanat

1007
Türkiyənin Azərbaycandakı səfirliyi 20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümü ilə bağlı bəyanat yayıb.


Səfirlikdən BakiPost.az-a daxil olan bəyanatda bildirilir ki, Azərbaycanın müstəqilliyi uğrunda mübarizənin önəmli dönüş nöqtələrindən biri olan 20 Yanvar qətliamı yaddaşlardan silinməyəcək:


"Azərbaycanlı qardaşlarımızın vücudunu tanklara qarşı sipər edərək inamla apardığı mübarizə əsla unudulmayacaq.


Bu gün bölgəmizdə sabitlik və rifahın önəmli bir qalası olan Azərbaycanın istiqlalı uğrunda 27 il əvvəl həyatlarını qurban verən şəhidlərimizi rəhmətlə anır, hər zaman olduğu kimi Azərbaycanla tam həmrəy olduğumuzu vurğulamaq istəyirik".

 

Bakı Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər