Ru
20:34 / 19 Yanvar 2017

Türkiyə ordusundan İŞİD-ə ağır zərbə - 18 ölü

585
Türkiyə Silahlı Qüvvələri Suriyada "Fərat qalxanı” antiterror əməliyyatı çərçivəsində terrorçu İŞİD qruplaşmasının 18 silahlısını məhv edib.


Teleqraf.com "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

 

Qeyd olunur ki, havadan endirilən zərbələr nəticəsində terrorçuların 182 istehkamı və sığınacaq yeri dağıdılıb.

 

Əməliyyatın 149-cu günü Suriyanın Suflaniyah və Kabr əl-Mukri bölgələrinin terrorçulardan təmizlənməsi istiqamətində döyüşlər davam edir.

 

Xatırladaq ki, Türkiyə Silahlı Qüvvələrinin Suriyada həyata keçirdiyi "Fərat qalxanı” əməliyyatı 2016-cı il avqustun 24-də başlayıb

 

Bakı Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər