Ru
10:09 / 19 Yanvar 2017

Türkiyə konsulluğuna hücum - FOTO

1330
Türkiyənin İsveçrənin Sürix şəhərindəki baş konsulluğuna hücum edilib. 


 

BakıPost.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, baş konsulluğa hücum edən  naməlum şəxslər konsulluğun binasını fişənglər vasitəsi ilə atəşə tutub.

 

Konsulluğun binasına xeyli ziyan dəyib. Eyni zamanda binanın şüşələri qırılıb.

 

Hadisə zamanı xəsarət alan olmayıb. 

 

Hələlik konsulluğa hücum edən şəxslərin kimliyi müəyyənləşməyib. 

 

Hazırda hadisə ilə bağlı araşdırma aparılır. 

 

Sevinc Yasinqızı 

BakıPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər