Ru
21:35 / 19 Sentyabr 2017

Türkiyə çempionatı Azərbaycanda nə vaxt yayımlanacaq? - AÇIQLAMA

940
"Türkiyə çempionatının oyunlarını yayımlamağımız haqda müqavilə imzalanıb. Sadəcə, texniki məsələlərə görə hələ yayıma başlaya bilməmişik”.

 

Bu sözləri Apasport.az-a açıqlamasında "CBC Sport” telekanalının baş redaktoru Şəmsəddin Abbasov deyib.


Sentyabrın 7-də Türkiyə Superliqasının oyunlarının "CBC Sport” kanalı ilə nümayiş olunacağı haqda məlumat yayılmışdı. Bunu kanalın rəhbəri Volkan Üst açıqlayaraq, həftədə 2 görüşün canlı yayımlanacağını bildirmişdi. Lakin həmin vaxtdan 12 gün keçsə də, hələ yayıma başlanılmayıb.


Məsələ haqda danışan Abbasov hazırda texniki problemləri yoluna qoymağa çalışdıqlarını bildirib: "Məsələ həll olunan kimi, Superliqanın oyunları "CBC Sport”da göstəriləcək. Yayıma konkret olaraq, nə vaxt başlayacağımızı deyə bilmərəm. Hər şey texniki məsələlərin həll olunmasından asılıdı. Problem bu günlərdə yoluna qoyulsa, elə bu həftə də yayıma başlaya bilərik”.

 

BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər