Ru
20:59 / 22 Yanvar 2018

Türkiyə Afrində strateji yüksəkliyi ələ keçirdi - Terrorçular oradan Kilisi atəşə tuturdu

1204
Türkiyə ordusu Afrin bölgəsində "Zeytun budağı" əməliyyatı çərçivəsində Burseya strateji yüksəkliyini ələ keçirib.


BakuPost Türkiyə KİV-nə istinadən xəbər verir ki, döyüşlər zamanı bir neçə terrorçu əsir götürülüb. 


Məlumat üçün bildirək ki, PYD/YPG silahlıları Burseya dağından Türkiyənin Kilis şəhərini atəşə tuturdular.


Qeyd edək ki, yanvarın 21-dən Türkiyə Baş Qərargahı Afrin bölgəsində "Zeytun budağı" əməliyyatı başladığını, hərbi əməliyyatda məqsədin bölgənin PKK terror təşkilatının Suriya qolu PYD/YPG, İŞİD və digər terror təşkilatlarından təmizləmək olduğunu bəyan edib. Ötən gün isə Türkiyə ordusu Suriyanın Afrin bölgəsində quru əməliyyatına başlayıb.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər