Ru
13:46 / 16 Avqust 2017

Turistlər Azərbaycanda nə qədər cinayət törədib? - Yarım illik statistika

1019
Bu ilin yanvar-iyun aylarında xarici ölkə vətəndaşları tərəfindən Azərbaycanda 111 cinayət hadisəsi törədilib.


Dövlət Statistika Komitəsindən BakuPost.az-a verilən məlumata görə, cinayətlərin 31,5 faizi MDB ölkələrinin vətəndaşları tərəfindən törədilib.


Ümumilikdə 2017-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycanda 13 182 cinayət faktı qeydə alınıb ki, bu da 2016-cı ilin müvafiq dövrünün göstəricisinə nisbətən 7,5 faiz azdır.


Əhalinin hər 100 min nəfərinə düşən cinayət hadisələrinin sayı da əvvəlki illə müqayisədə 9,5 faiz azalaraq 134 olub. Onların 55,6 faizi az ağır, 30,2 faizi böyük ictimai təhlükə törətməyən, 14,2 faizi ağır və xüsusilə ağır cinayətlərə aiddir.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər