Ru
13:04 / 20 Sentyabr 2017

“Turan”la bağlı istintaq dayandırıldı

1989
"Turan” informasiya agentliyinə qarşı başladılan istintaq dayandırılıb.


BakuPost.az xəbər verir ki, bu barədə agentlik özü məlumat yayıb. Bildirilir ki, Vergilər Nazirliyi istintaqın dayandırılmasıyla bağlı elektron poçtuna məktub ünvanlayıb.


Qeyd edilir ki, "Turan”ın səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarın ləğv edilməsi ilə bağlı şikayətinə baxılıb.


Aparılan yoxlamalar zamanı məlum olub ki, agentliyin müvafiq iddiası üzrə iş 1 saylı Bakı İnzibat-İqtisad məhkəməsinə verilib.


Vergi riskləri departamentinin rəhbəri Cəbrayıl Fəridin adından göndərilən məktubda inzibati və məhkəmə yoxlamasının eyni zamanda keçirilməsinin qeyri-mümkün olduğu, agentliyin ona qarşı araşdırmanın dayandırılması ilə bağlı müraciətinin məhkəmə orqanlarına təqdim edildiyi qeyd edilib.


Bildirilib ki, agentliyə qarşı əvvəllər başlanmış istintaqın dayandırılması barədə qərar qəbul edilib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər