Ru
10:56 / 19 Sentyabr 2017

“Turan”a qarşı vergi sanksiyası bərpa edildi

988
Vergilər Nazirliyinin Bakı Lokal Gəlirlər Departamenti "Turan” İnformasiya Agentliyinə 2014-2017-ci illərə aid vergi sanksiyasını yenidən bərpa edib.


BakuPost.az xəbər verir ki, bu barədə agentlik özü məlumat yayıb.


Belə ki, bununla bağlı agentliyin elektron poçtuna Vergilər Nazirliyindən məktub daxil olub. Məktubda bildirilib ki, agentliyin 27 min 253 manat və daha 9 294 manat faizlik borcu var.


Qeyd edək ki, bundan əvvəl nazirliyin həmin departamentindən agentliyə "Turan”ın hər hansı vergi borcu və ya cərimə sanksiyasının olmaması barədə məktub daxil olub.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər