Tural Abbaslının namizədliyi qeydə alınmadı - YEKUN SİYAHI

5404
11 apreldə keçiriləcək prezident seçkiləri ilə əlaqədar bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclasında daha bir nəfər nəfərin prezidentliyə namizədliyi qeydə alınıb.

BakuPost xəbər verir ki, bu, Demokrat Partiyasının namizədi Sərdar Cəlal oğlu Məmmədovdur.

Seçkilərə öz təşəbbüsü ilə qatılmaq istəyən Tural Abbaslının və prezidentliyə namizədliyi Vətəndaş və İnkişaf Partiyası (VİP) tərəfindən irəli sürülən Əli Əliyevin namizədliyi isə qeydə alınmayıb.

Bununla da Prezidentliyə namizədliyi təsdiq edilənlərin sayı 8 nəfər çatıb. Yekun siyahı aşağıdakı kimidir:

Yeni Azərbaycan Partiyası - İlham Əliyev,

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası - Qüdrət Həsənquliyev,

Azərbaycan Sosial Demokrat Partiyası - Araz Əlizadə,

Milli Dirçəliş Hərəkatı Partiyası - Fərəc Quliyev,

"Cəbhəçilərin təşəbbüs qrupu” - Razi Nurullayev,

Müasir Müsavat Partiyası - Hafiz Hacıyev,

Öz təşəbbüsü ilə namizədliyini irəli sürən - Zahid Oruc,

Azərbaycan Demokrat Partiyası - Sərdar Məmmədov.
ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər