Ru
11:32 / 21 Yanvar 2017

Trampla Obamanın inaqurasiya nitqindəki fərqlər - Hansı mesajlar verildi?

1377

ABŞ-ın 45-ci prezidenti Donald Trampın dünən baş tutan
andiçmə mərasimində söylədiyi nitqiyeni mesajlarla seçilib. Prezidentin bu
nitqi dünyanın hər yerində media və ekspertlər tərəfindən müzakirə edilməyə
başlayıb.

"Atlas”
Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu BakiPost.az-a Trampın
andiçmə mərasimindəki nitqini şərh edib.


O bildirib ki, Donald Tramp seçkiqabağı vədlərində
dediyi bütün fikirləri nitqində təkrarlayıb:
"Barak Obamanın 8 il öncəki andiçmə
mərasimini xatırlayıram. Hamıya nəsə xüsusi mesajı var idi, hər cümləsi xüsusi
çəkiyə malik idi.

Donald Tramp isə daha sadə danışdı, iş yerləri,
fabriklər, zavodlar, körpülər açacağını, sərhədi gücləndirəcəyini və beynəlxalq
terrorçulara qarşı amansız mübarizəyə başlayacağını dedi. Yəni seçkiqabağı vədlərində
nə demişdisə, andiçmə mərasimində onları ümumiləşdirilmiş şəkildə təkrarladı.


Demək, Meksika ilə divar və Çinlə qeyri-bərabər
ticarət münasibətlərinə yenidən baxılacağı fikirləri gündəmdə ağırlığını
qoruyur. Çıxışın əsas leytmotivi belə idi: "Hər şey Amerika və amerikalılar
üçün!”.

Sevinc

Bakı Post

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər