Ru
12:23 / 21 Yanvar 2017

Tramp müzakirələr yaradan nitqində nələr danışıb? - TAM MƏTN/ VİDEO

1810

Yanvarın 20-də Vaşinqtonda keçirilən inaqurasiya mərasimində
ABŞ-ın 45-ci prezidenti Donald Trampın söylədiyi nitq müzakirələrə səbəb olub.


Hazırda prezidentin sözügedən nitqi dünyanın hər
yerində media və ekspertlər tərəfindən müzakirə edilir.



Bəs Donald Tramp and içərkən nələrdən danışıb?


BakiPost.az məsələnin aktuallığını nəzərə alaraq ABŞ-ın
yeni prezidentinin nitqini təqdim edir:


"Yüksək Məhkəmə
hakimiyyəti, hörmətli prezident Buş, Obama, Klinton və hər kəsə çox təşəkkürlər.
Biz Amerikanın vətəndaşları olaraq böyük bir beynəlxalq cəhd içərisinə
girmişik. Ölkəmizi təkrar təsis etmək istəyirik. Hər kəs tərəfindən də çox
yaxşı cəhdlərin edildiyini görürük. Amerika və dünya bu əziyyətin nəticələrini
görəcək. Qarşımıza əziyyətlər çıxacaq. Bir çox çətinliklə qarşılaşacağıq, amma
məqsədimizə nail olacağıq. Bu pillələri qalxarkən illərdir bu şəkildə
toparlanırıq. Hörmətli prezident Barak Obama və Mişel Obamaya qatqılarına görə
təşəkkür edirəm. Möhtəşəm idilər.


Vaşinqton DC-dəki iqtidarı alırıq və sizlərə, xalqa
veririk. Vaşinqton inkişaf etdi. Amma təəssüf ki, bu varlığı insanlar ala bilmədi.
Çoxlu sayda fabriklər bağlandı, işlərini itirən insanlar oldu. Amma Vaşinqton hər
zaman özünü qorudu, xalqını qorumadı. Buradakı zəfərlər sizin zəfərlər olmadı,
onların əldə etdikləri uğurlar sizin uğurlarınız olmadı. Qutlanacaq şeylər xalq
üçün qutlanacaq şeylər deyildi. Dəyişiklik indi başlayır, çünki bu an sizin
anınız. Bu an sizə aiddir.


Hər kəs indi sizi dinləyir. Bu ana qədər belə bir
şey görülmədi. Təhsil sistemi pul içində boğulsa da, gənclərimizi və
uşaqlarımızı təhsildən məhrum edəcək şəkildə təsis edilib. Cinayətkar qruplar,
kriminal təşkilatlar bir çox insanın həyatını məhv etdi. Bütün bu hekayə burada
sona çatır. Biz bir millətik, tək millətik. Hər birimizin ağrısı, acısı bizim
ağrımızdır. Onların xəyalları bizim xəyallarımızdır. Bizim uğurlarımız ancaq
onların uğurları olarsa, vacibdir”.


"Bütün amerikalılara andım bu olacaq. Onlarca
ildir ki, Amerikanın sənayesini çətinliyə salaraq, beynəlxalq ticarətə yönləndirdik.
Və bizim hərbi gücünüzü, ordumuzu zəiflədəcək hərəkətlərə girişdik. Elə bir
nöqtəyə gəldik ki, trilyonlarla dolları xaricdə xərcləmiş olduq. Bunlar baş verdiyi zamansa Amerikanın
potensialı, alt quruluşu təmir edilməsi mümkünsüz bir pozuqluğa doğru irəliləməyə
başladı. Digər ölkələri varandırarkən bizim ölkəmizdəki rifah demək olar ki,
itməyə başladı. İnvestorlar torpaqlarımızdan uzaqlaşmağa başladı. Və
milyonlarla amerikalı işçini yarı yolda qoydular. Orta sinfin rifahı dünyadakı
fərqli yerlərə səpələnib. İndi və bundan sonra ancaq gələcəyə baxacağıq”.



"Sizi əsla yarı yolda qoymayacağam. Körpülər,
hava limanları, tunelləri bu şahanə cəmiyyətin xidmətinə təqdim edəcəyik.
İnsanları işsizlik maaşından çıxarıb, təkrar işlə təmin edəcəyik və amerikan
iş-gücünü mərkəzə gətirəcəyik.


2 bəsit qaydanı tətbiq edəcəyik: hər şey amerikanlar
tərəfindən ediləcək və amerikanlar işə götürüləcək. Bütün dünyadakı cəmiyyətlərlə
dostanə münasibətlər quracağıq. Təbii ki, hər cəmiyyət və ölkə öz öncəlikləri,
prioritetləri daxilində irəliləməyi tərcih edir. Biz də ABŞ olaraq öz öncəliklərimizlə
parlayacağıq. Radikal islamçı terroristlərə qarşı mübarizə aparacağıq və bu
dünyanın üzərindən onları tamamilə siləcəyik”.


"İncil bizə deyir ki, Allah insanların birlik içərisində
yaşamasının şahanə bir şey olduğunu deyir. Dürüst bir şəkildə danışacağıq. Amma
hər zaman birlik içində olacağıq. ABŞ birlik olarsa, dayandırıla bilməz. Heç
bir qorxuya gərək yoxdur. Qorunuruq və hər zaman da qorunmağa davam edəcəyik. Hərbi
qüvvələrimizdəki kişilər və qadınlar tərəfindən qorunuruq. Ən vacibi isə Allah
tərəfindən qorunuruq, qorunmağa davam edəcəyik.

Bir cəmiyyət, xalq olaraq ancaq çalışmağa, mübarizəyə
davam etdiyimiz halda ayaqda qalacağıq. Haqqında hər zaman danışılan, amma heç hərəkətə
keçirilməyən siyasətdən uzaq dayanacağıq. Artıq boş-boş danışmağın zamanı
keçdi, hərəkətə keçmə zamanıdır. Biz qara da olsaq, qəhvəyi də olsaq, bu milləti
sevən qan hamımızda var. O qanı paylaşırıq. Millətçi qanımız ortaq. Eyni zəfəri
arzulayan yuxularımız var. Ürəyimiz eyni bayrağın altında döyünür".

 

Bakı Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər