Ru
20:12 / 19 Sentyabr 2017

Tramp BMT tribunasından İranı sərt tənqid etdi

1232
ABŞ prezidenti Donald Tramp İranla nüvə razılaşmasını yenə tənqid edib.

 

APA-nın xəbərinə görə, BMT Baş Assambleyasının 72-ci sessiyasında çıxış edən D.Tramp İranla imzalanmış razılaşmanı ABŞ üçün rüsvayçı adlandırıb.

 

"İran sülhü pozan dağıdıcı davranışlarını davam etdirir və beynəlxalq ictimaiyyət onu dayandırmalıdır”, - deyə, o əlavə edib. D. Tramp İrandakı rejimi demokratiya arxasında gizlənən korrupsiyalaşmış diktatura adlandırıb.

 

ABŞ prezidenti çıxışında Şimali Koreya, Suriya, Kuba, Venesuela rejimlərini də hədəf alıb. O, Şimali Koreyanı məhv etmək gücündə olduqlarını, lakin problemin siyasi yolla həllini istədiklərini söyləyib. D. Tramp Venesuelada demokratiyanı bərpa etmək üçün əllərindən gələni edəcəklərini vurğulayıb.

 

BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər