Ru
23:51 / 24 Aprel 2017

Tramp BMT-də islahatlara çağırdı

749
ABŞ prezidenti Donald Tramp BMT-də islahatların keçirilməsinə çağırıb.


BakiPost.az-ın Trend-ə istinadən məlumatına görə, Tramp ümumdünya təşkilatının maliyyələşdirilməsi haqqında məsələlərin yenidən baxılmasına ehtiyac olduğunu bildirib.


ABŞ prezidenti BMT Təhlükəsizlik Şurasına daxil olan ölkələrin daimi nümayəndələri ilə Vaşinqton görüşü zamanı bildirib: "Mən çoxdan hesab edirəm ki, BMT kifayət qədər effektiv deyildir, lakin böyük potensiala malikdir".


Bundan başqa, ABŞ lideri BMT-nin maliyyələşdirilməsi ilə bağlı məsələlərə yenidən baxmağa çağırıb: "Biz həmçinin BMT-nin büdcəsini diqqətlə araşdırmalıyıq. Xərclər nəzarətdən tamamilə çıxıb".

 

Bakı Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər