Ru
22:26 / 06 Dekabr 2016

Tovuzda qəribə yol qəzası - Maşın divara dırmaşdı/FOTO

1440
Tovuz rayonuna yağan qar yol qəzasına səbəb olub.


"Report"un Qərb bürosu xəbər verir ki, İbrahimhacılı kəndində sürücü İkram Bayramoğlu (Şəmkir rayon Tatar kənd sakini) idarə etdiyi "Niva" markalı avtomobili qarşıdan gələn digər maşına vurmamaq üçün əyləci basıb və sürəti azaltmağa çalışıb, lakin idarəetməni itirib.

Nəticədə maşın yoldan çıxaraq kənardakı maneələrə çırpılıb və evlərdən birinin divarına dırmaşaraq dayanıb.


Qəza zamanı sürücü xəsarət almasa da, avtomobilə ciddi ziyan dəyib.


Faktla bağlı araşdırma aparılır.

 

Bakı Post

 









Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər