Ru
22:52 / 25 İyul 2017

- Qatar ana və iki övladının üstündən keçdi/ FOTO Tovuzda dəhşət

4243
Bu saatlarda Qazaxdan Bakıya gələn qatar 3 nəfəri vurub.

 

BakuPost.az xəbər verir ki, sakinlərin Modern.az-a verdiyi məlumata görə, hadisə Tovuz rayonunun Zəyəm kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.


Ana və iki azyaşlı uşaq qəfildən hərəkət edən qatarın qarşısına çıxıb. Qatar gənc qadının başını bədənindən ayırıb. Başı relslərin arasında qalan qadının uşaqları da relslərin arasında qalaraq can verib. Onun intihar məqsədilə özünü qatarın altına atdığı ehtimal olunur.


Belə ki, qatarın maşinisti ilkin ifadəsində qadının relslərin üzərində oturduğunu bildirib. Qatar sürətlə hərəkət etdiyindən maşinist qatarı saxlaya bilməyib.

Hazırda Qazax-Bakı qatarı 1 saatdan çoxdur ki, Tovuzun Zəyəm kəndində dayanıb. Hadisə yerinə Tovuz rayon prokuroru və çox sayda polis əməkdaşı gəlib. Hadisə barədə araşdırma aparılır.

Əlavə məlumat veriləcək.

 

BakuPost


- Qatar ana və iki övladının üstündən keçdi/ FOTO Tovuzda dəhşət
- Qatar ana və iki övladının üstündən keçdi/ FOTO Tovuzda dəhşət
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər