Ru
15:53 / 10 Aprel 2017

- İcra başçısından laqeyd münasibət/ FOTOLAR Tovuzda cırılmış bayraq dalğalanır

4021

Tovuz rayonunda Azərbaycan bayrağına qarşı hörmətsizlik
nümayiş etdirilir.

Bu barədə BakiPost.az-a rayon sakinləri məlumat
verib. Bildirilib ki, rayonun Bayraq Meydanı adlanan ərazisində dalğalanan üçrəngli
bayrağın bir hissəsi 3 gündür, cırılıb. Lakin rayonun icra hakimiyyətinin əməkdaşları
bayraqla bağlı bir tədbir görmək haqqında fikirləşmir: "Hər gün buradan keçirlər.
Amma heç biri başını qaldırıb bayrağa baxmır. Ya da baxırlar, veclərinə deyil.
Bayraq necəsə olub, cırılıb və elə o formada da dalğalanır. Dövlət rəmzinə
qarşı bu nə hörmətsizlikdir? Biz bu məsələni işıqlandırmasaq, inanın ki, bəlkə
elə 1 il də orada bu formada qalacaq”.

Sakinlər bayrağın fotolarını da redaksiyamıza göndərib.
Həmin şəkilləri təqdim edirik:


Qeyd edək ki, Tovuz rayon İcra Hakimiyyətinin
başçısı Tofiq Zeynalovdur. O, 10 ildir ki, Tovuz rayonunun icra başçısıdır.

Onu da bildirək ki, bu, T. Zeynalovun bayrağa qarşı
diqqətsizliyi ilə bağlı ilk hal deyil. Belə ki, mətbuatda onun pis vəziyyətdə
olan Bayraq Meydanına qarşı laqeyd münasibət sərgilədiyi, büdcədən 1,5 milyon
pul ayrılmasına rəğmən, rayonda abadlaşdırma işləri aparmadığına dair məlumatlar
yer almışdı.

 

Bakı Post
- İcra başçısından laqeyd münasibət/ FOTOLAR Tovuzda cırılmış bayraq dalğalanır
- İcra başçısından laqeyd münasibət/ FOTOLAR Tovuzda cırılmış bayraq dalğalanır
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər