Ru
22:56 / 26 May 2017

Tovuzda bir ailəyə xoşagəlməz sürpriz - VİDEO

967
Tovuzun Aşağı Quşçu kənd sakini Rahib Kazımov atasının qəbri ətrafında təmizlik işləri apararkən tapdığı əşyalar onu təəccübləndirib.


BakiPost.az-ın Xəzər TV-yə istinadən məlumatına görə, R.Kazımovun müraciət etdiyi insanlar əşyaların cadu olduğunu bildiriblər. 


İndiyə qədər ailəsinin heç kimlə ədavəti olmadığını deyən Rahib Kazımov cadu ilə bağlı məlumatsız olduğunu deyib. 


Cadunun nə üçün basdırıldığı daı onun üçün müəmmalı olaraq qalır.


Atası Qoca Kazımov 3 il əvvəl dünyasını dəyişib. Rahib Kazımov deyir ki, əvvəllər həyətlərində belə bir hala rast gəlməyib. Ona da maraqlı olan odur ki, cadu niyə məhz atasının qəbri ətrafına basdırılıb.

 

Bakı Post



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər