Ru
16:56 / 24 İyul 2017

- Ana öldü, övladları yaralandı Tovuzda ağır yol qəzası

1034
Bakı-Qazax avtomobil yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

APA-nın verdiyi məlumata görə, yolun Tovuz rayonu Əyyublu kəndi ərazisindən keçən hissəsində "QAZel” markalı yük avtomobili ilə "Ford” markalı minik avtomobili toqquşub.

 

Nəticədə "Ford”un sərnişini, Gəncə şəhər sakini, 1967-ci il təvəllüdlü Həsənova Sevda Tapdıq qızı dünyasını dəyişib. Onun övladları - 1995-ci il təvəllüdlü Cəfərova Gülnarə Elsevər qızı, 1997-ci il təvəllüdlü Cəfərova Maniyə və 2012-ci il təvəllüdlü Cəfərov Rəsul, habelə qayını, avtomobili idarə edən Cəfərov Aytəkin İsrail oğlu müxtəlif bədən xəsarətləri alıblar. Onlar Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

 

BakuPost
 - Ana öldü, övladları yaralandı Tovuzda ağır yol qəzası
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər