Ru
15:01 / 27 Mart 2017

Torpaqları əlindən alınmış sakinlərdən nazirə Müraciət

1326
Bakıda torpaqları əlindən alınmış bir qrup zərərçəkmiş daxili İşlər naziri Ramil Usubovdan kömək istəyir.


Zərərçəkmişlərin Modern.az-a göndərdiyi müraciətdə deyilir ki, 2013-cü ildə Bakı şəhəri, Sabunçu rayonu Kürdəxanı qəsəbə Bələdiyyəsinin 18.10.2010-cu il tarixli, 12 saylı protokolun 02 saylı qərarı, 07.05.2011-ci il tarixli, 05 saylı protokolun 07 saylı qərarı, 15.03.2011-ci il tarixli, 03 saylı protokolun 02 saylı qərarı, 08.01.2013-cü il tarixli 01 saylı protokolun 05 saylı qərarı əsasında Ləhiş bağlar massivində 2.37 ha torpaq sahəsi ayrı-ayrılıqda 16 nəfərə müddətsiz olaraq istifadəyə verilib.


Beləliklə, bu şəxslərə torpaq sahələri qanuni şəkildə verilib. Həmin şəxslər ayrılmış torpaq sahələrində, hər tərəfi 12 mişar daşı hündürlüyündə olan hasarlar 2014-cü ilin sentyabr ayında müxtəlif şəxslər tərəfindən qəsdən traktorlarla uçurdulub.

 

Həmin əraziyə dərhal hüquq-mühafizə orqanlarının Sabunçu rayonunda fəaliyyət göstərən strukturlarının rəhbər və digər heyətləri gəlib. Hadisə yerinin müayinəsi və baxış keçirilməsi üçün polis əməkdaşları tərəfindən ərazi mühasirəyə alınıb. Zərərçəkmişlər həmin anda Sabunçu rayon Polis İdarəsinə ərizə ilə müracət ediblər.

 

"Hadisə barədə məlumat verilib, göstərişiniz əsasında dərhal fakt üzrə cinayət işi başlanıb, əməliyyat-istintaq qrupu yaradılıb və qısa müddətdə keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində cinayətkar dəstənin üzvləri - Bərdə rayon sakini, 1982-ci il təvəllüdlü Rüfət Mahmudov, Ucar rayon sakinləri, 1978-ci il təvəllüdlü Məmiş Beydullayev, 1981-ci il təvəllüdlü, Durmuş Hacıyev və 1961-ci il təvəllüdlü Abbas Abbasov saxlanılıb, onlar verdikləri ifadələrində bu əməli polis əməkdaşı, polis polkonik-leytenantı, Bakı şəhəri, Nərimanov rayonu, T.Əliyev küçəsi ev 54, mənzil 45-də yaşayan İbrahimov İbrahim Qəhrəman oğlunun birbaşa göstərişi ilə törətdiklərini etiraf ediblər”-deyə zərərçəkmişlər bildirib.

 

Bununla əlaqədar Cinayət Məcəlləsinin 186.2.1-ci maddəsi ilə başlanıb. İstintaqa dəvət olunmuş İbrahimov İbrahim hadisəni tam etiraf edib və etdiyi əməldən peşman olduğunu bildirməklə vurduğu zərəri ödəyəcəyinə söz verib.

 

Nəticədə İbrahim İbrahimov, Rüfət Mahmudov, Məmiş Beydullayev, Durmuş Hacıyev və Abbas Abbasov qeyd olunan zərərçəkmişlərin hasarlarının bərpasına cəmi 14 min manat pul ödəyiblər. İ.İbrahimov törətdiyi əməlinə görə DİN orqanlarından xaric edilib. 

 

Rüfət Mahmudov, Məmiş Beydullayev, Durmuş Hacıyev və Abbas Abbasov isə təxminən 8 aya kimi həbsdə saxlanıldıqdan sonra heç bir əsas olmadan istintaq zamanı həbsdən azad ediliblər. Necə ola bilər ki, fakt üzrə cinayət işi başlanır, həbs olunanlar əməllərini etiraf etdiklərinə görə 8 ay həbsdə saxlanılır, sonra həbsdən azad olunurlar? Azərbaycanın qüvvədə olan Qanunlarının tələblərinə zidd olaraq, 2014-cü ilin sentyabr ayında baş vermiş hadisə ilə əlaqədar Daxili İşlər Nazirliyinə ərizə ilə müracət etmiş zərərçəkmişlərin izahatları alınmadan, rəsmi formada onlar xəbərdar edilmədən Sabunçu rayon Polis İdarəsinin müstəntiqi, polis kapitanı Allazov Rüfət Vaqif oğlu tərəfindən 05.01.2015-ci il tarixdə 140050602 nömrəli cinayət işi üzrə icraata CM-nin 39.1.1-ci maddəsinə əsasən, iş üzrə İbrahimov İbrahim Qəhrəman oğlunun və Abbasov Abbas Nəzər oğlunun barəsində Cinayət Məcəlləsinin 186.2.1-ci maddəsi ilə cinayət təqibinə heç bir əsas olmadan xitam verilib. Hətta qərarın surəti zərərçəkmişlərə təqdim edilməyib. Cinayətkar dəstəyə rəhbərlik etmiş İ.İbrahimovun qudası Eldar İlyasov Sabunçu rayon Polis İdarəsinə rəis təyin edildikdən sonra ona güvənərək yenidən fəallaşıb və nəyin bahasına olur-olsun zərçəkmişlərin topaq sahələrini əllərindən alacağını vurğulayıb. 

 

"28 noyabr 2016-cı il tarixdə sizə etdiyimiz müracətdən bir müddət sonra zərərçəkmişlərdən bir neçəsi DİN-ə dəvət olunub və orada Zaur adlı polis zabiti tərəfindən onlarla ərizə ilə bağlı söhbət aparılıb. Cari ilin yanvar ayının sonlarında yazdığımız ərizənin nəticələrini öyrənmək məqsədilə Zaur adlı polis əməkdaşının verdiyi nömrəyə zəng edilsə də, nəticəsiz qalıb. 

 

''Hörmətli cənab Nazir! Belə qənaətə gəlmək olar ki, sizin etibar etdiyiniz nazirliyin daxili təhlükəsizlik idarəsinin əməkdaşları da hansısa maraqlara görə DİN-ə edilmiş müracət və şikayətləri tam araşdırmayaraq sizə obyektiv, düzgün məlumat vermir. Bununla "Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli 1308-IV Q nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının maddələrinə uyğun olmayaraq üç aydan artıq vaxt keçsə də, bu günədək DİN-dən müracətimizə cavab verilməyib.

 

Xahiş edirik ki, həmin xitam qərarı əsassız olduğundan ləğv olunmalı, İbrahim İbrahimov və Abbas Abbasov CM-nin 186.2.1-ci maddəsi ilə yenidən instintaqa cəlb olunmalı və barələrində ibtidai istintaq aparılmalı və bununla 2014-cü ilin sentyabr ayında sizin verdiyiniz göstəriş icra olunmuş olur''-deyə müraciətdə vurğulanıb. 

 

Bakı Post
Torpaqları əlindən alınmış sakinlərdən nazirə  Müraciət
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər