Ru
09:43 / 27 Mart 2017

“Sanki XİN yoxdur” - Tofiq Zülfüqarov

1507

"Xarici
İşlər Nazirliyi lazımi səviyyədə çalışmır”.


BakiPost.az xəbər verir ki, bu fikirləri "Yeni
Müsavat” qəzetinə müsahibəsində Azərbaycanın sabiq xarici işlər naziri Tofiq
Zülfüqarov deyib. O, "XİN Sərkisyanın Qarabağda peyda olmasını sükutla
qarşılamalıdır” sualına cavab verərkən nazirliyin demək olar ki, fəaliyyət göstərmədiyinə
işarə verib: "Vallah, mənə bunu şərh etmək çətindir, etik məsələlərə görə...
Amma hesab edirəm ki, Xarici İşlər Nazirliyi lazımi səviyyədə çalışmır. Demək olar
ki, bu prosesdə onun səsi eşidilmir. Təəssüflər olsun. Amma onun yeri də var,
mövqeyi də olmalıdır, səsi də eşidilməlidir. Müxtəlif addımlar atılmalıdır,
amma susmaq qəbuledilməzdir. 4-5 aydır müxtəlif hadisələr baş verir, mən indiyədək
Xarici İşlər Nazirliyinin mövqeyini başa düşməmişəm, elə bil o, yoxdur...”

Sabiq nazir "Azərbaycan hərbi əməliyyatlara
başlamalıdırmı” sualını isə belə cavablandırıb:
"Həmişə belə bir imkan var ki,
kimsə daha radikal mövqedən çıxış etsin və tələb etsin ki, biz qısa müddətdə əraziləri
boşaltmalıyıq. Biz hamımız bunu istəyirik, amma realist olmalıyıq. Təəssüflər
olsun ki, bu proses uzanır və bəzən belə radikal mövqedə olan adamlar düşünməlidirlər
ki, onların çağırışlarının birbaşa bizim əsgərlərimizin həyatı ilə bağlılığı
var. Yəni kənarda durub kimisə harasa çağırmaq asandır. Amma biz həmişə fikirləşməliyik
ki, el arasında deyildiyi kimi, "Nə şiş yansın, nə kabab”. Elə etməliyik
ki, istədiyimiz hədəflərə ən az itkilərlə nail olaq”.


Bakı Post

“Sanki XİN yoxdur” -  Tofiq Zülfüqarov
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər