Ru
21:27 / 21 Fevral 2017

Tiflisdə Xocalı soyqırımı qurbanları anıldı - FOTO

1027
Gürcüstanda fəaliyyət göstərən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Gürcüstan nümayəndəliyinin təşəbbüsü və təşkilatçılığı ilə Xocalı soyqırımı qurbanları anılıb.

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbiri GMİ-nin Gürcüstan nümayəndəliyinin rəhbərinin müavini Ayvaz Mərdanov açıb. Sonra tədbirdə Qurandan ayələr oxunub. Tədbirdə QMİ şeyxi Allahşükür Paşazadənin və Azərbaycanda fəaliyyət göstərən müxtəlif dini konvensiya rəhbərlərinin imzaladığı "Dünya parlamentlərinə, beynəlxalq təşkilatlara və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə Müraciət” oxunub. Müraciətdə Azərbaycanın Qarabağ bölgəsində yerləşən Xocalıda törədilən Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı bütün dünya xalqları bu soyqırıma ədalətlə qiymət verilməyə çağırılıb.

 

Sonra anım tədbirində  QMİ-nin Gürcüstan nümayəndəliyinin rəhbəri Hacı Əli Əliyev, Türkiyənin Gürcüstandakı səfirliyinin rəsmisi, professor-doktor Nəbi Gümüş, Azərbaycan səfirliyinin birinci katibi Rəhim Rəhimzadə, Gürcüstan parlamentinin deputatı Azər Süleymanov və digərləri çıxış edərək, hər il Xocalı soyqırımı qurbanlarını ehtiramla yad etmək, unutmamaq və Xocalı faciəsinin XX əsrin faciəsi olduğunu, digər millətlər arasında təbliğ etməyin vacibliyini vurğulayıblar. Tədbirdə həmçinin hər il Gürcüstanda "Xocalıya Ədalət” kampaniyası çərçivəsində fevral ayının "Xocalı ayı” elan edildiyi qeyd edilib.

 

QMİ-nin Gürcüstan nümayəndəliyinin rəhbəri Hacı Əli Əliyev Azərbaycanla Gürcüstanın oxşar taleli bir ölkə olduğunu və hər iki ölkənin 20% torpaqlarının işğal edildiyini bildirib. O, gələn ilin  "Xocalı İli” elan edilməsi təklifi ilə çıxış edib.

 

Gürcüstan parlamentinin deputatı Azər Süleymanov çıxışında Xocalı soyqırımının ağrı-acısını gördüyünü və Xocalı qurbanlarının içində əslən Borçalıdan olan uşaqlar da olduğunu bildirib. Deputat sabah Gürcüstan parlamentinin baş tutacaq iclasında Xocalı soyqırımı qurbanlarının anılması barədə təkliflə çıxış edəcəyini bildirib.

 

Türkiyənin Gürcüstandakı səfirliyinin rəsmisi, professor-doktor  Nəbi Gümüş çıxışında Dağlıq Qarabağın Azərbaycan torpaqları olduğunu və Azərbaycana geri qaytarılmağını bildirib: "O torpaqlar Azərbaycan torpaqlarıdır və geri qaytarılmalıdır. Bu, gerçəkdir. Yenidən güclənmək, birləşmək bizim borcumuzdur. Əfsuslar olsun ki, bu soyqırımı dünya düzgün qiymətləndirmir və hələ də cinayətkarlar cəzasız qalır. Amma, vaxt gələcək, bu suçu işləyənlər cəzalarına çatacaqlar və Xocalı qurbanlarının qanı yerdə qalmayacaq”, - deyə N. Gümüş bildirib.

 

Azərbaycan səfirliyinin rəsmisi R. Rəhimzadə Azərbaycan xalqına qarşı törədilən soyqırımın gələcək nəsillərə ötürülməsinin vacibliyini vurğulayıb.

 

Anım tədbirində Tiflisdən, Marneulidən, Bolnisi, Qardabani və digər bölgələrdən din xadimləri, QHT nümayəndələri, ziyalılar və jurnalistlər iştirak ediblər.

 

Bakı Post

 


 


 


 

Tiflisdə Xocalı soyqırımı qurbanları anıldı -  FOTO
Tiflisdə Xocalı soyqırımı qurbanları anıldı -  FOTO
Tiflisdə Xocalı soyqırımı qurbanları anıldı -  FOTO
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər