Ru
16:40 / 15 İyul 2018

Ticarət mərkəzindəki yanğında 2 nəfər xəsarət alıb

2826
Fövqəladə Hallar Nazirliyi bu gün "Riyad" Ticarət Mərkəzində baş verən yanğınla bağlı məlumat yayıb. 


BakuPost-un FHN-nin saytına istinadən verdiyi məlumata görə, Abşeron rayonu, Xırdalan şəhərində ticarət mərkəzinin ərazisində yerləşən mağazanın alkopandan ibarət üzlüyü 340 m² sahədə və qapısı yanıb. 


Yanğın zamanı 2 nəfər yüngül yanıq xəsarəti alıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər