Ru
11:40 / 19 Fevral 2018

Terrorçuların 15 öbyekti dağıdıldı - Ölü sayı 1641-ə çatdı

2301
Türkiyə Silahlı Qüvvələrinin (SQ) Suriyanın Afrin bölgəsində apardığı "Zeytun budağı" əməliyyatı çərçivəsində məhv edilən terrorçuların sayı 1641-ə çatıb.


BakuPost xəbər verir ki, bu barədə Türkiyə SQ Baş Qərargahı məlumat yayıb. 


Bildirilir ki, ötən gün Afrində PYD, YPG və İŞİD terror təşkilatlarının 27 üzvü zərərsizləşdirilib.


Bundan başqa, Türkiyə Hərbi Hava Qüvvələri terrorçuların 15 obyektinə, o cümlədən, silah anbarına və döyüşçülərin sığınacağına zərbələr endirib.


Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər