Ru
10:29 / 22 May 2018

Təranə Qumral həbs edilə bilər

2912
Tanınmış müğənni Təranə Qumral məhkəmə qarşısına çıxarılır. BakuPost criminal.az-a istinadən xəbər verir ki, T.Qumral (Təranə İbrahimova) qanuni qüvvəyə minmiş məhkəmə qərarını qərəzli şəkildə icra etməməkdə təqsirlədirilir. İşin baxılması Nərimanov rayon Məhkəməsinin hakimi Rəşad Abdulovun icraatına verilib. İş üzrə zərərçəkənlər müğənni Nazənin Salayeva, Məhəbbət Həsənov və Pərviz Abbasovdur. Məhkəmənin hazırlıq iclası mayın 29-a təyin olunub. T.Qumrala Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə ittiham irəli sürülüb. Həmin maddəyə görə T.Qumral 3 ilədək azadlıqdan məhrum edilə bilər. Zərərçəkənin vəkili Ceyhun Yusifov faktı təsdiqləyib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər