Ru
10:54 / 23 İyun 2018

Ötən il universiteti bitirən neçə tələbə diplom ala bilməyib? - HESABAT

1690
Azərbaycanın ali təhsil müəssisələrindən bakalavriat səviyyəsi üzrə 2017-ci ildə məzun olan, lakin diplom ala bilməyən tələbələrin sayı açıqlanıb.


BakuPost-un Report-a istinadən xəbərinə görə, Təhsil Nazirliyinin illik hesabatında bildirilib ki, ötən il Azərbaycan universitetlərində 31 360 nəfər yekun dövlət attestasiyasına buraxılıb, onlardan 30 360-ı nəfəri bakalavr diplomu alıb.


Attestasiyasına buraxılanların 1000 nəfəri isə diplom ala bilməyib. Belə ki, ötən il təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələrində 23 174 nəfər yekun dövlət attestasiyasına buraxılıb, onlardan 22 394 nəfəri bakalavr diplomu alıb, 780 nəfər isə diplom ala bilməyib.


Digər dövlət qurumlarının tabeliyində olan ali təhsil müəssisələrində ötən il 4 672 nəfər yekun dövlət attestasiyasına buraxılıb, onlardan 4 504 nəfəri bakalavr diplomu alıb, 170 nəfər isə diplom ala bilməyib.


Özəl ali təhsil müəssisələrində 3 533 nəfər yekun dövlət attestasiyasına buraxılıb, onlardan 3 378 nəfəri bakalavr diplomu alıb, 155 nəfər isə diplom ala bilməyib.


Rusiya Federasiyasının ali təhsil müəssisələrinin Bakı filialları ötən il 85 nəfər yekun dövlət attestasiyasına buraxılıb, onlardan 84 nəfəri bakalavr diplomu alıb, 1 nəfər isə diplom ala bilməyib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər