2016-cı ildə neçə qız qaçırılıb? - Statistika

2016-cı ildə ölkədə 26611 cinayət faktı qeydə alınıb. Qeyd olunan cinayət faktları 2015-ci ilin göstəricisinə nisbətən 1,1 faiz azdır.


Dövlət Statistika Komitəsindən BakiPost.az-a verilən məlumata görə, əhalinin hər 100 min nəfərinə hesabı ilə qeydə alınmış cinayət hadisələrinin sayı da əvvəlki illə müqayisədə 2,2 faiz azalaraq 271 olub. Onların 56,6 faizi az ağır, 29,1 faizi böyük ictimai təhlükə törətməyən, 14,3 faizi ağır və xüsusilə ağır cinayətlərə aiddir.

 

Törədilən cinayətlərin strukturunda 4618 hadisə şəxsiyyət əleyhinə, 13560 hadisə iqtisadi sahədə törədilən, 7015 hadisə ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə, 1384 hadisə dövlət hakimiyyəti əleyhinə (o cümlədən, 241 hadisə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər cinayətlər), 34 hadisə isə digər cinayətlərdir.


Qeydə alınmış şəxsiyyət əleyhinə olan cinayətlərdən 245-i qəsdən adam öldürmə və adam öldürməyə cəhd, 353-ü qəsdən sağlamlığa ağır zərər vurma, 43-ü ehtiyatsızlıqdan adam öldürmə, 141-i insan alveri, 17-si adam oğurluğu (onlardan 11-i evlənmək məqsədilə qadın oğurluğu), 18-i əzab vermə cinayətlərinə aiddir.

 

Hesabat dövründə 211 cinayət hadisəsi xarici ölkələrin, onların 37-si isə MDB-yə üzv olan ölkələrin vətəndaşları tərəfindən törədilib.

 

2016-cı ildə əvvəlki illə müqayisədə həyat və sağlamlıq əleyhinə olan cinayətlərdə 1,7 faiz, insan alveri ilə bağlı cinayətlərdə 6,0 faiz, şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə olan cinayətlərdə 3,7 faiz, iqtisadi fəaliyyət sahəsində olan cinayətlərdə 64,2 faiz, ictimai təhlükəsizlik əleyhinə olan cinayətlərdə 9,8 faiz, ictimai mənəviyyat əleyhinə olan cinayətlərdə 21,4 faiz, hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrin istismarı qaydaları əleyhinə olan cinayətlərdə 4 faiz azalma, şəxsiyyətin azadlığı və ləyaqəti əleyhinə olan cinayətlərdə 16,7 faiz, mülkiyyət əleyhinə olan cinayətlərdə 13 faiz, korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər cinayətlərdə isə 10,0 faiz artım müşahidə olunub. Budövr ərzində yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən cinayətlər 7,9 faiz, onlara qarşı törədilən cinayətlər isə 10,4 faiz azalıb.


2016-cı ildə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 3389 cinayət hadisəsi qeydə alınıb ki, bu da 2015-ci illə müqayisədə 7,4 faiz çoxdur. 2016-cı ildə cinayət törətmiş şəxslərin 83,4 faizi cinayət məsuliyyətinə cəlb olunub ki, onların da 77,8 faizi əmək qabiliyyətli yaşda olub, heç bir yerdə oxumayan və işləməyənlər, 18,3 faizi əvvəllər də cinayət törətmiş şəxslərdir. Cinayət törətmiş şəxslərin arasında qadınların xüsusi çəkisi 6,2 faiz, yetkinlik yaşına çatmayan uşaqların payı isə 2,7 faiz təşkil edib.


Qeydə alınmış 897 cinayət hadisəsi məişət zorakılığı ilə bağlı olub ki, onların da 9,6 faizi əvvəllər də cinayət törətmiş şəxslər tərəfindən törədilib. 58 cinayət hadisəsi sərxoş vəziyyətdə törədilib. Məişət zorakılığı nəticəsində baş vermiş cinayətlərin 4,2 faizi qəsdən adam öldürmə və adam öldürməyə cəhd, 2,5 faizi qəsdən sağlamlığa ağır zərər vurma, 91,5 faizi qəsdən sağlamlığa az ağır və yüngül zərər vurma, 0,7 faizi əzab vermə, 1,1 faizi isə digər cinayətlərə aiddir.

 

Qəsdən adam öldürmə və adam öldürməyə cəhd cinayətlərində 11,8 faiz, qəsdən sağlamlığa ağır zərər vurma cinayətlərində 22,2 faiz artım, qəsdən sağlamlığa az ağır zərər vurma cinayətlərində 15,8 faiz, öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə cinayətlərində 75,0 faiz, digər cinayətlərdə isə 53,3 faiz azalma müşahidə olunub. Məişət zorakılığı nəticəsində zərərçəkənlərin sayı 3,6 faiz artaraq 1031 nəfər, ölənlərin sayı isə 18,6 faiz artaraq 51 nəfər olub.


Bakı Post
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994502060266

XƏBƏR LENTİ

29 Aprel 2017
Bütün xəbərlər
Bütün xəbərlər