Ru
14:45 / 16 Yanvar 2017

Ötən il Azərbaycanda nə qədər neftçi həlak olub? - Hesabat

790
Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı (NHMT) Azərbaycanın neft sektorunda əmək, iqtisadi, sosial  və mülki hüquqlar üzrə qanunvericiliyin icra  vəziyyətinin qiymətləndirilməsini əhatə edən 2016-cı ilin yekunları üzrə hesabat hazırlayıb.


Caspian Barrel hesabata əsasən bildirir ki, son 7 il ərzində Azərbaycan Respublikasının hasilat sənayesində həlak olan işçilərin sayı  130 nəfər olub. Həlak olmalar üzrə 2010-2016-cı illlərdə ən aşağı göstərici 2013-cü ildə qeydə alınıb: cəmi 6 nəfər. Neft sənayesi üçün insan itkisi üzrə nəinki bu baxılan zamanda, ümumiyyətlə müstəqillik illərində ən uğursuz il 2015-ci il olub – 37 nəfər.  Həmin il təkcə bir gün ərzində – dekabrın 4-də baş verən qasırğa nəticəsində Günəşli yatağındakı platformada 30 nəfər, Neft Daşları yatağında isə 3 nəfər neftçi həlak olub.

 

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı hesabatında bildirir ki, həlak olanların 80%-i  SOCAR işçiləri, digərləri xarici neft şirkətlərinin və podratçı şirkətlərin işçiləridir.

 

Bakı Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər