Ötən il Azərbaycanda 1 saatda 18 körpə doğulub

2016-cı ildə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 159,5 min, təxminən gündə 436, saatda isə 18 doğulmuş körpə qeydə alınıb.

 

Dövlət Statistika Komitəsindən BakiPost.az-a verilən məlumata görə, bu göstərici əhalinin hər 1000 nəfərinə 16,5 təşkil edib.

 

Doğulan körpələrin 2734-ü əkiz, 69-u üçəmdir. Doğum səviyyəsi əsasən Lənkəran (18,6), Dağlıq Şirvan (18,5), Aran (18,0) və Kəlbəcər-Laçın (18,0) iqtisadi rayonlarında yüksək olub.


Yeni doğulan körpələr arasında qızların xüsusi çəkisi 46,8 faiz təşkil edərək hazırda hər 100 doğulan qıza 114 oğlan düşür (bioloji norma 105-107 təşkil edir).

 

Doğulanların cins nisbətinin pozulması ümumi əhalinin cins strukturunu da dəyişir. Hazırda hər 1000 kişiyə 1006 qadın düşür. Ötən il ölkədə 56,6 min ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 5,9 təşkil edib.

 

Bakı Post

Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

16 Dekabr 2017
15 Dekabr 2017
Bütün xəbərlər
Bütün xəbərlər