Ru
20:59 / 26 May 2017

Ötən gün 96 cinayət faktı qeydə alınıb

898
Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 96 cinayət faktı qeydə alınıb, onların da 18-i "isti izlər”lə açılıb.


BakiPost.az DİN-in saytına istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 26 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.


Respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 8 nəfər xəsarət alıb.


Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5 fakt müəyyən edilib.


Cinayət törətməkdə şübhəli bilinən 18 nəfər tutulub.

 

Bakı Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər