Ru
20:39 / 23 May 2017

Ötən gün 84 cinayət faktı qeydə alınıb

873
Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 84 cinayət faktı qeydə alınıb, onların da 16-sı "isti izlər”lə açılıb.


BakiPost.az DİN-in saytına istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 23 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. 


Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb. 


Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10 fakt müəyyən edilib. 


Cinayət törətməkdə şübhəli bilinən 18 nəfər tutulub.

Bakı Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər