Ru
21:43 / 24 Aprel 2017

Ötən gün 81 cinayət faktı qeydə alınıb

663
Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 81 cinayət faktı qeydə alınıb, onların da 20-si "isti izlər”lə açılıb.


Daxili İşlər Nazirliyindən BakiPost.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 5 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.


Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 1 nəfər xəsarət alıb.


Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6 fakt müəyyən edilib.


Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər tutulub.

Bakı Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər